Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alpər Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
O deyib ki, Azərbaycanla Türkiyə arasında faydalı əməkdaşlıq sahələrindən biri də kosmos sahəsidir və iki qardaş ölkənin bu sahədəki təcrübələri qarşılıqlı olaraq öyrənilir:
“Ötən il Bakıda keçirilən Astronavtika konqresində 2026-cı ildə təşkil ediləcək konfransın məkanı müəyyənləşdirilmişdi. Azərbaycan tərəfinin də dəstəyi ilə Türkiyənin Antalya şəhəri seçildi. Ölkəmiz bu sahədə ciddi təcrübəyə malikdir və türk qardaşlarımıza da tədbirlə bağlı lazım olan köməyi göstərəcəyik”.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Sədr deyib ki, peyk sahəsində Azərbaycan da Türkiyənin təcrübəsindən yararlanmaqdadır:
“Məlumdur ki, bu yaxınlarda Türkiyə öz astronavtını orbitə göndərmişdi. Biz onun əldə etdiyi bilik və təcrübə, həmçinin Türkiyə dövlətinin Beynəlxalq Kosmik Stansiyasında həyata keçirdiyi elmi təcrübələrlə bağlı Azərbaycanın müvafiq ali məktəblərinə məlumatlar verməyi nəzərdə tutmuşuq. Bunun üçün də həmin astronavtın Azərbaycana səfərini təşkil edəcəyik".
- Xocalının 4 kəndinə növbəti köç karvanı yola salındı
- Sahibkarlar İlham Əliyevə müraciət etdi
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır