Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.
BUTA.TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib. Məlum olub ki, S.Əkbərova müxtəlif illərdə Bakıda 44 saylı, Abşeron rayonunda isə 5 saylı məktəblərin direktoru olub. O, 44 saylı məktəbdə direktor işlədiyi vaxtda Arzu adlı tanışına onu paytaxtda məktəblərin birinə direktor təyin etdirəcəyini vəd edərək 150 min manat alıb. Bundan sonra o, həmin qadına birgə uşaq bağçası açmaq adı ilə vəd verərək yenidən 150 min manat alaraq ələ keçirib.
Daha sonra isə Abşeron rayon Mehdiabad qəsəbə 5 saylı orta məktəbə rəhbərlik etdiyi vaxt S.Əkbərova digər şəxsə övladının Rusiyada aldığı diplomu nazirlikdə təsdiqlədəcəyini vəd edərək 6 min alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əkbərovaya Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 7 il həbs cəzası verilib.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Bundan başqa S.Əkbərovaya qarşı mülki iddia da təmin edilib. Hökmdə ondan 300 min manatın alınaraq zərərçəkmiş şəxsə ödənilməsi qeyd edilib.
- Azərbaycan-İran yeni sərhəd keçid məntəqəsi istifadəyə verilir
- "Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər – "Kristal"
- May ayının havası: intensiv yağışlar...
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Kür qalxdı: Kəndləri birləşdirən körpü su altında qaldı - Foto
- Bakıda 61 milyonluq təmir işləri həyata keçiriləcək
- Xalıq Rəhmanova yüksək vəzifə verildi
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur