Çin sədri Si Szinpin Ukrayna böhranının nəzarətdən çıxmasının qarşısını almaq və tezliklə sülhü bərpa etmək üçün 4 prinsip təklif edib.
BUTA.TV xəbər verir ki, o, bunu Pekində Almaniya kansleri Olaf Şoltsla görüşü zamanı deyib.
“Birincisi, sülhü və sabitliyi qorumağı üstün tutmalıyıq və eqoist mənfəət əldə etməkdən çəkinməliyik. İkincisi, vəziyyəti sakitləşdirməliyik və yanğına körüklə getməməliyik. Üçüncüsü, sülhün bərpası üçün şərait yaratmalı və gərginliyi daha da gücləndirməkdən çəkinməliyik. Dördüncüsü, qlobal iqtisadiyyata mənfi təsirləri azaltmalı, qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmaqdan çəkinməliyik”, - Szinpin bildirib.
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı
- Kəmaləddin Heydərov Özbəkistanda səfərdə... - Video
- Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
- KİA-dan oğurluq etdi – Anbaan video
- İlham Əliyev fərman imzaladı
- AZAL-ın gənc pilotları təlimdə iştirak üçün Avropaya yollandı