Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində hazırladığı "Azərbaycanda xristian irsi" sənədli filmi Albaniyanın Dövlət Radio Televiziyasında yayımlanıb.
Kult.az xəbər verir ki, Mərkəz tərəfindən hazırlanan sənədli filmdə Azərbaycanda yaşayan xristianlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir.
Bildirilir ki, Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının ifşası istiqamətində mühüm işlər həyata keçirir.
Sənədli filmdə Azərbaycanda Qafqaz Albaniyasının mədəni irsi, tarixi abidələri və kilsələri haqda bilgilər də yer alır.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Bununla yanaşı, Qafqaz Albaniyasının varisləri olan udilərin müasir yaşam tərzi, dini ritualları göstərilir. Azərbaycanda kilsələrin fəaliyyət göstərdiyi, qədim xristian abidələrinin qorunub saxlanıldığı, ölkəmizin zəngin multikultural dəyərlərə malik olduğu barədə ətraflı məlumat verilib. Vurğulanır ki, Azərbaycan xalqı həmişə başqa millətlərin adət-ənənələrinə, inanclarına hörmətlə yanaşıb.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm