Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Neksia" markalı, 75 BA 227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Qasımov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində protokol tərtib edilərək, baxılması üçün rayon məhkəməsinə təqdim olunub.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada həbs edilib və 500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə edib.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm