Ermənistan parlamentinin sərhədin delimitasiyası məsələsi ilə bağlı qapalı iclası olduqca gərgin keçib. Xarici işlər naziri Ararat Mirzoyan isə Baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusi fəallıq nümayiş etdirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.
"Mirzoyan və Qriqoryanın cavablarından məlum olub ki, Ermənistan hakimiyyəti sərhədin delimitasiyası ilə bağlı işlərə nə vaxt başlanacağını və hansı xəritələrin əsas götürüləcəyini həqiqətən də bilmir. Parlament müxalifəti xüsusilə bəyan edib ki, 1993-cü il sentyabrın 24-də yaradılmış təmas xətti delimitasiya və demarkasiya üçün əsas götürülməlidir.
Proses başlamamış Azərbaycan sərhəd “təxribatları”ndan əl çəkməyə məcbur edilməlidir, əks halda Ermənistanın təzyiq altında delimitasiyaya razı olduğu üzə çıxacaq.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Müxalifət onu də bəyan edib ki, heç bir halda referendum keçirilmədən Azərbaycana ərazi verilməməlidir. Mirzoyan və Qriqoryanın qaldırılan suallara cavabları qeyri-müəyyən olub", - məlumatda deyilir.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm