Türkiyədə bələdiyyə seçkiləri zamanı müxalifət partiyaları Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı və hakim partiyanı İsraillə ticarət əməkdaşlığına görə tənqid edirdilər. Yəni deyirdilər ki, Ərdoğan bir tərəfdən İsraili Qəzzanı bombalamasına görə sərt tənqid edir, bu ölkənin Baş naziri Netanyahunu qatil adlandırır, digər tərəfdən Türkiyə hökuməti İsraillə idxal-ixrac əməliyyatlarını dayandırmır. Bu təbliğat müxalifətin işinə bir qədər yaradı.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, müxalifətin bu arqumentini zəiflətmək məqsədilə Türkiyə Ticarət Nazirliyi İsraillə ticarəti azaltmağa qərar verib, 54 məhsulun İsrailə ixraçı dayandırılıb:
“Türkiyədə hakimiyyəti tənqid edənlər ara-sıra Azərbaycan neftinin də Türkiyə üzərindən İsrailə satıldığını xatırladırlar. Yəni bildirirlər ki, bunun da qarşısını almaq lazımdır. Azərbaycan nefti Ceyhan limanı üzərindən dünyanın müxtəlif ölkələrinə satılır, burada Hindistandan tutmuş İsrailə qədər dövlətlər var. Azərbaycan neftinin hansı dövlətlərə satmaq qərarı Bakıda verilir, Ankara buna qarışmır. Bu səbəbdən “Azərbaycan neftini İsrailə satmayın” çağırışları Türkiyənin deyil, İranın işinə yarayır”.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm