Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan Sazişi təsdiqləyib.
BUTA.TV xəbər verir ki, saziş yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Türkiyənin “Rəsmi qəzet”ində dərc olunub.
“18 avqust 2022-ci il tarixində Bakı imzalanmış əlavəli “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in təsdiqlənməsinə 244 saylı Qanunun 5-ci maddəsi ilə 9 saylı Prezident Sərəncamının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilmişdir”, – sənəddə qeyd olunub.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm