Ödənişli yolda qəza: TIR fəhləni vurub öldürdü

16:50 - 6 Aprel 2024 - GÜNDƏM

 Ödənişli yolda qəza: TIR fəhləni vurub öldürdü

Qusar rayonunda yük avtomobili yolda işləyən fəhləni vurub.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Şakir Sadıq oğlu Abdullayevi TIR vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı metrosu 5 gün bu rejimdə işləyəcək

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol