Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı yük avtomobillərinin sürücülərinə müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
"Bəzi hallarda yük avtomobillərinin normadan artıq yüklənməsi, sürücülərin sürət həddinə və manevr etmə qaydalarına əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Qəza olduğu zaman daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması isə sıxlığın yaranmasına və yolda məhdudiyyətlərin tətbiq edilməsinə gətirib çıxarır. Bu gün Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük avtomobilinin aşması ilə nəticələnən hadisəni qeyd olunanlara aid etmək olar. Bu cür hadisələrin yaşanmaması üçün bir daha yük maşınlarının sürücülərini yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq".
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm