İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri

13:56 - 6 Aprel 2024 - GÜNDƏM

 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri

İsrailə qarşı cavab əməliyyatının necə və nə vaxt həyata keçiriləcəyinə Tehranın özü qərar verəcək.

BUTA.TV xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Bagiri sözügedən hücum nəticəsində ölən SEPAH zabitlərinin dəfnindəki çıxışında deyib.

O, 1 apreldə İsrailin İranın Dəməşqdəki konsulluq binasına (əslində konsulluğun yanındakı binaya – red.) endirdiyi zərbəyə görə intiqam alınmasının qaçılmaz olduğuna inandığını bildirib.

Onun sözlərinə görə, İsrailin terror hücumuna cavab əməliyyatı dəqiq həyata keçiriləcək və İsrail öz hərəkətlərindən peşman olacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı metrosu 5 gün bu rejimdə işləyəcək

O, həmçinin xəbərdarlıq edib ki, Dəməşqə hücuma görə əsas məsuliyyət ABŞ-ın üzərinə düşür və Vaşinqton cavab verməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol