821 cinayətkar şəbəkə Avropa Birliyinin (AB) təhlükəsizliyini pozmaqla təhdid edir.
BUTA.TV xəbər verir ki, bunu Avropa Polis Agentliyi (“Avropol”) bildirib.
Haaqada təqdim olunan mütəşəkkil cinayətkarlıq haqqında hesabata əsasən, bir çoxu beynəlxalq səviyyədə fəaliyyət göstərən peşəkar dəstələrin 25 mindən çox üzvü var.
"Ciddi və mütəşəkkil cinayətkarlıq geniş yayılıb və Avropa Birliyinin daxili təhlükəsizliyi üçün əhəmiyyətli təhlükə yaratmağa davam edir", - deyə “Avropol” bildirib.
Təşkilat AB-nin 27 üzvü və “Avropol”un 17 tərəfdaş ölkəsinin məlumatlarından istifadə edərək, problemin ilk koordinasiyalı araşdırmasının nəticələrinə əsasən bu qənaətə gəlib.
Sintetik narkotiklərin qanunsuz dövriyyəsi sahəsində ən təhlükəli cinayətkar şəbəkələrin fəaliyyət göstərdiyi ölkələr arasında Ermənistan da qeyd olunur.
Hesabata görə, şəbəkələrin böyük əksəriyyəti narkotik ticarəti ilə məşğuldur. Narkotik ticarəti ilə yanaşı, şəbəkələr adətən fırıldaqçılıqla da məşğul olurlar. Digər cinayətlərə oğurluq və insan alveri daxildir.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm