Rusiya İT mütəxəssislərinin Avropa ölkələrində yaşamaq icazəsi üçün müraciətlərinin sayı kəskin şəkildə artıb. Bu ilin birinci rübündə onların sayı ötən illə müqayisədə 233% artıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Kommersant” “Garant İn” konsaltinq şirkətinə istinadla məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə müraciətlərin sayı əvvəlki ilə nisbətən 44% artıb. 2024-cü ilin əvvəlindən bütün müraciətlərin təxminən 80%-i Fransada, 10%-i isə İtaliyada yaşayış icazəsi almaq üçün olub.
“İndi biz yaşayış icazəsi ilə bağlı bütün müraciətlərin təxminən yarısını İT mütəxəssislərindən alırıq”, - “Garant İn”in baş icraçı direktoru Adrey Boyko bildirib.
Onun sözlərinə görə, Fransanın daha populyar olmasına səbəb bu ölkədə yaşayış icazəsi üçün investisiya tələbinin olmamasıdır.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis