Son günlər Ermənistanın xüsusilə Zəngəzur ərazisinə hərbi texnika yığması Azərbaycanı narahat edir və Azərbaycan bu narahatlıqlarını diqqətə çatdırıb.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, bu təxribatın qarşısı ciddi şəkildə alınacaq:
“Amma məni narahat edən İran İslam Respublikasının susqunluğudur. 44 günlük müharibədə dəfələrlə Azərbaycana qarşı bəyanatlar səsləndirdi. İranın konsulluq açdığı əraziyə Amerikanın, Fransanın kəşfiyyatçıları yığışır. Hesab edirəm ki, İran bu məsələyə münasibətini açıqlamalıdır. İran bilməlidir ki, o silahlar həm də İran üçün ora yığılır. İranda həpəndin biri durub deyir ki, İsrailin Azərbaycandakı səfirliyini bombalamaq lazımdır. Gözləri ancaq bizi görür. Bu beynəlxalq hüquqa zidd bir açıqlamadır və terror cəhdidir. Elə cəsarətlidirsə, İsrailin Amerikadakı səfriliyini vursunlar. Bizi zəif görməsinlər. Cavablarını artıqlaması ilə alacaqlar”.
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis