Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə müdir təyin edilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Kamran İsmayılov təyin olunub.
K.İsmayılov bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyib.
Qeyd edək ki, bundan əvvəl həmin şöbəyə İlqar Mahmudov rəhbərlik edib. O, 2023-cü ilin sentyabr ayında Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsindən azad edilərək Quba rayonunun icra başçısı təyin olunub.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video