İran rejiminin muzdluları İsrailin Suriyadakı İran səfirliyinə hücumunun qisasını almaq üçün Həmədan şəhərində yerləşən yəhudilərin müqəddəs yeri sayılan Əstər və Mərdxay türbəsini “Molotov kokteyli” ilə atəşə tutublar.
BUTA.TV xəbər verir ki, bu barədə yerli mediada məlumatlar yayılıb.
Qeyd edək ki, Əstər və Mərdxay türbəsi qəbirdaşı və məzardaşının ətrafında tikilmiş otaqdır. Burada ənənəyə görə Bibliya kraliçası Əstər və onun əmisi oğlu Mərdxay dəfn olunub. Qədim dövrlərdən Ekbatan adı ilə tanınan Həmədan şəhərində yerləşən bu məkan uzun əsrlər boyu İran yəhudiləri üçün ən vacib ziyarət yeri olub.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video