Futbol üzrə Türkiyə Superliqasında 31-ci turun növbəti oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" doğma meydanda millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər oyunlarında "Sivasspor" "Fatih Karagümrük"ə 1:0, "Kasımpaşa" "Kaysərispor" 2:0, "Trabzonspor" isə "Konyaspor"a 3:1 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra turnir cədvəlinə 84 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 82 xalla ikinci, 52 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video