Çeçenistan rəhbəri Ramzan Kadırov rəsmiləri müsəlmanların müqəddəs Ramazan ayı şərəfinə ərzaq mağazalarında yoxsulların borclarını ödəməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə o, Qroznıda keçirilən iclasda müvafiq müraciətlə çıxış edib.
“Mən Xədicətdən (Çeçenistan rəhbərinin qızı, regionun başçısı və hökumət administrasiyası rəhbərinin müavini) mesaj aldım ki, bir çox insan maliyyə imkanlarının olmaması səbəbindən borcla mal almağa məcburdurlar, o borcları bağlamaqda köməklik etmək yaxşı olardı. Yaxşı olar ki, hamı öz yaşadığı sahəni öz üzərinə götürüb, borcları ödəsin”, - o deyib.
Kadırov bildirib ki, yaşadığı ərazidəki bütün borcları özü ödəyəcək.
Qeyd edilir ki, söhbət mağazalardakı “borc dəftərləri”ndən gedir. Respublikada geniş yayılmış təcrübəyə görə, ehtiyacı olan insanlar ərzağı maaşlarına və ya pensiyalarına qədər borcla götürürlər, satıcı bunu xüsusi dəftərə (borc dəftəri) yazır.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video