Ukrayna və Finlandiya prezidentləri Vladimir Zelenski və Aleksandr Stubb iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, həmçinin uzunmüddətli dəstək haqqında saziş imzalayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Finlandiya Prezidenti Ukraynada səfərdədir və Kiyevdə V.Zelenski ilə görüşüb.
“Bu səfər Finlandiya tərəfindən Ukraynaya güclü və davamlı dəstəyi nümayiş etdirir”, - məlumatda qeyd olunub.
Görüş zamanı prezidentlər xüsusilə Rusiya ilə müharibədəki mövcud vəziyyəti, Finlandiyanın Ukraynaya dəstəyini, Kiyevin ədalətli və davamlı sülhə nail olmaq səylərini müzakirə ediblər.
Sonda dövlət başçıları Finlandiya ilə Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli dəstək haqqında saziş imzalayıblar.
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır