Moskva ilə İrəvan arasında birbaşa dialoq nəticəsində “müttəfiq normallığına” qayıtmaq yeganə ağlabatan həll yoludur.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu günlə bağlı yaydığı bəyanatda bildirilib.
Mesajda həmçinin qeyd olunub ki, Rusiya və Ermənistan ümumi inteqrasiya birliklərinin (Aİİ, KTMT və MDB) üzvləridir və BMT strukturları çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Ölkələr arasında müxtəlif sahələrdə 200-ə yaxın əməkdaşlıq müqaviləsi var.
“Rusiya müttəfiqi və mühüm tərəfdaşı kimi Ermənistanla dostluq əlaqələrinin möhkəmləndirilməsinə həmişə xüsusi önəm verib”, - bəyanatda vurğulanıb.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video