Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana 4 kəndi Azərbaycana qaytarmağa mane olmağa çalışır. Parlamentdəki müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə təcili iclas çağırması təşəbbüsü bununla bağlıdır.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, sessiyada Baş nazirin müavini Mger Qriqoryanla xarici işlər naziri Ararat Mirzoyan da dəvət ediləcək:
“Müxalifət dinləmələr vasitəsilə hökumət üzvlərinə təzyiqi artırır. Müxalifət kəndlərin qaytarılması mövzusunu parlamentin gündəminə həm də ona görə gətirməyə çalışır ki, bu yolla hökumət içərisində fikir ayrılığı dərinləşsin.
Bu arada, Nikol Paşinyanın Brüsselə yollanmadan əvvəl Təhlükəsizlik Şurasının iclasını keçirməsi diqqəti çəkib. İclasda Təhlükəsizlik Şurasının 2023-cü ilə dair hesabatı müzakirə edilsə də, Paşinyan öz tərəfdarlarının radikal müxalifətə qarşı müqavimət gücünü müəyyənləşdirməyə çalışır”.
Qeyd edək ki, Ermənistan parlamentində delimitasiya ilə bağlı iclasın 9 apreldə keçiriləcəyi gözlənilir.
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?
- Xocavəndə növbəti köç karvanı yola salındı
- "AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
- Xırdalanda yeni “Kontakt”: Açılışa özəl 60%-dək endirim
- Bakıda bu binaların təmirinə başlanılır
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video