Tatarıstana hücum edən PUA-ların Qazaxıstan ərazisindən buraxılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Bəzi Teleqram kanallarında Tatarıstan Respublikasının obyektlərinə hücum etdiyi iddia edilən pilotsuz təyyarələrin Qazaxıstan ərazisindən buraxılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Belə eyhamlar Qazaxıstan Respublikasını gözdən salmaq məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev PUA-ların Qazaxıstan ərazisindən buraxıla biləcəyini açıqlamışdı.
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?
- Xocavəndə növbəti köç karvanı yola salındı
- "AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
- Xırdalanda yeni “Kontakt”: Açılışa özəl 60%-dək endirim
- Bakıda bu binaların təmirinə başlanılır
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video