Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Bakı-Qazax avtomobil yolunda “Nissan” markalı, 99 FL 748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü - Ucar rayon sakini Qarakişi Kərimov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
"Qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb", - DYP-nin məlumatında qeyd edilib.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi