Paşinyan Ermənistanın sərhəddə 4 itki verdiyi (təxribatçılar-red) haqda Münhendə danışmadı, yalnız Rusiyanın əleyhinə danışmaq üçün ora getmişdi. Əliyev, Paşinyan və Şoltsun görüşü isə müəmmalı məqamlarla doludur. Ümumiyyətlə, Şolts orada vasitəçi idi, yoxsa sadəcə, görüşün təşkilatçısı? Çünki Azərbaycan tərəfi Şoltsun yalnız görüşün təşkilatçısı rolunu oynadığını bildirir. Paşinyanın Əliyevə daha böyük vədlər verməsindən ciddi şəkildə qorxuram.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda ədliyyə general-mayoru olan Tatul Petrosyan deyib.
T.Petrosyan bildirib ki, Ermənistan artıq uçurumdadır.
“Növbə Ermənistana çatıb. Artıq anklavlardan danışırlar. Azərbaycan kəndləri adlandırdıqları 4 kəndin qaytarılmasından bəhs edirlər, daha sonra 4 anklav kəndi də qaytaracaqlar. Paşinyan bu 8 kəndi mütləq Azərbaycana təhvil verəcək. Yeni vədlər isə dəhlizlə bağlıdır. Əliyev tələb edir ki, ona dəhliz Mehridən lazımdır, Sisyandan yox. Çünki qışda Sisyanın yolları keçilməz olur”, - erməni general bildirib.
T.Petrosyan qeyd edib ki, Paşinyan Rusiya hərbi bazasını və sərhədçilərini də Ermənistandan çıxarmağa hazırlaşır: “Yeni konstitusiya layihəsində bu məsələ öz əksini tapacaq. Bu gün Ermənistan və Türkiyə sərhədini Rusiya qoşunları qoruyur. Bizim Türkiyə ilə heç bir demarkasiya və delimitasiyamız yoxdur. Sovet İttifaqı da çoxdan yoxa çıxıb. Əgər Rusiya qoşunları çıxarsa, Türkiyə də Ermənistandan öz payını qoparacaq”.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi