Rusiyanın “Lukoyl” şirkətinin keçmiş prezidenti Vahid Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BUTA.TV xəbər verir ki, məktubda qeyd olunur:
"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbəniz Sizin bütün təşəbbüslərinizin əsasında hər şeydən əvvəl ümumbəşəri dəyərləri əsas götürən, ölkəni dinamik inkişaf və tərəqqi yolu ilə inamla irəli aparan tərəqqipərvər və təcrübəli rəhbər kimi xalqın etimadını qazandığınızı təsdiq edir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, dost Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni qələbələr və uğurlar arzulayıram".
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi