HƏMAS tərəfindən saxlanılan girovlar yaxın müddətdə, xüsusuilə Ramazan ayından əvvəl (martın birinci ongünlüyündə) azad edilməsə, İsrail Rəfah şəhərinə hücum edəcək.
BUTA.TV xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri və ölkənin fövqəladə hökumətinin üzvü Benni Qantz deyib.
“Dünya və HƏMAS liderləri bilsinlər ki, Ramazana qədər girovlarımız evdə olmasalar, müharibə Rəfah da daxil olmaqla, hər yerdə davam edəcək”, - o bildirib.
Qeyd edək ki, İsrailin Rəfahda quru əməliyyatına başlamaq qərarı bir müddətdir müzakirə edilirdi, lakin ilk dəfədir ki, İsrail bu hücum üçün konkret vaxt təyin edib.
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək