Futbol üzrə Superliqasında XXVII turun daha 4 oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, çempionluğa iddialı "Qalatasaray" səfərdə "Ankaragücü"nün qonağı olub. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kərəm Dəmirbay, Davinson Sançes və Mauro İkardi vurublar.
Bu qələbə ilə xallarını 69-a çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. İkinci pillədə 67 xalla "Fənərbağça" qərarlaşıb.
Günün digər oyunlarında "Alanyaspor" "Adana Dəmirspor"la 3:3, "Qaziantep" "Samsunspor"la 1:1 hesablı heç-heçə edib, "Trabzonspor" isə "Pendikspor"a 2 cavabsız qolla qalib gəlib.
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək