Azərbaycanla Rusiyanın sərhədində “Sərhəd-Sipər” şərti adlı birgə kompleks əməliyyat-axtarış tədbirləri keçirilir.
BUTA.TV-ın RTV-yə istinadən məlumatına görə, bir həftə davam edəcək əməliyyat həm də profilaktik xarakter daşıyır.
Əsas məqsəd sərhədyanı əməkdaşlıq sahəsindəki qərarların icrası, transmilli mütəşəkkil dəstələr və terrorçu qrupların üzvlərinin zərərsizləşdirilməsi, eləcə də silah-sursat, partlayıcı, narkotik vasitələrin keçirilməsi və digər hüquqazidd əməllərin qarşısının alınması, qeyri-leqal maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilməsidir.
Qeyd edək ki, bu kimi tədbirlər insan hüquq və azadlıqları və milli maraqların qorunması, habelə qanunçuluğa ciddi riayət olunması məqsədilə mütəmadi olaraq icra olunur.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü