Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
BUTA.TV xəbər verir ki, yarışın son günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev macarıstanlı Krisztian Tothu məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıb.
90 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.
Bu gün, həmçinin millinin digər üzvü - Camal Qamzatxanov (100 kiloqram) qızıl mükafat qazanmağa çalışacaq.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü