Futbol üzrə Türkiyə Super Liqasında XXVI turun daha 3 oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, günün ilk oyunlarında "Antalyaspor" "İstanbulspor"la 2:2, "Sivasspor" "Hatayspor"la 1:1 hesablı heç-heçə edib.
Günün son matçında isə "Fənərbağça" səfərdə "Rizəspor"a 3:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xallarını 67-yə çatdıran İstanbul təmsilçisi liderliyə yüksəlib. "Qalatasaray" isə 66 xalla ikincidir.
Qeyd edək ki, turun digər oyunları fevralın 18-də keçiriləcək.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü