Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Avropa çempionatında medal əldə edib.
BUTA.TV xəbər verir ki, 97 kiloqramda Maqomedxan Maqomedov həlledici görüşdə gürcüstanlı Givi Matçaraşviliyə uduzub. Üçüncü yer uğrunda mübarizədə İslam Bazarqanov (57 kiloqram) ukraynalı Kamil Kərimovu, Əli Rəhimzadə (65 kiloqram) fransalı Həmzət Arsamerzuyevi məğlub edib.
Bu gün mübarizəyə qoşulan güləşçilərdən Nurəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram) sabah bürünc medal üçün yarışacaqlar.
Qeyd edək ki, Azərbaycan hazırkı Avropa çempionatında indiyədək 9 medal qazanıb. Yunan-Roma güləşçiləri 6 (3 qızıl, 2 gümüş, 1 bürünc), qadın idmançılar isə 3 (2 qızıl, 1 bürünc) medal əldə ediblər. Yarışa fevralın 18-də yekun vurulacaq.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü