Norveç hökuməti yazda parlamentə II Dünya müharibəsindən sonra milli müdafiə xərclərinin ən böyük artımı planını təqdim etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Norveç hökumətinin başçısı Yonas Qahr Stör deyib.
"Bir neçə aydan sonra mən parlamentə müdafiə xərclərimizdə II Dünya müharibəsindən bəri ən böyük artımla bağlı təkliflər təqdim edəcəyəm - həm struktur, həm də maliyyə. Biz bunu razılaşdırılmış regional planlara uyğun olaraq edirik", - Stör bildirib.
O, Ukraynada davam edən münaqişədən danışaraq, Atlantikanın hər iki tərəfində silah istehsalının artırılması, NATO çərçivəsində, eləcə də alyansla Kiyev arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto