AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı qərarları açıqlanıb.
AFFA-dan BUTA.TV-a verilən məlumata görə, klublara ümumilikdə 5100 manat cərimə kəsilib.
“Kəpəz”-“Səbail” matçında 6 futbolçusu sarı vərəqə aldığına görə meydan sahibləri 700 manat cərimə edilib. Qarşılaşmanın fasiləsində “Kəpəz”in futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubunu daha 500 manat ziyana salıb. "Səbail” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
“Araz-Naxçıvan”-“Neftçi” görüşünün fasiləsində meydan sahiblərinin məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat cərimə olunub. Paytaxt təmsilçisi isə 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ödəyəcək.
“Neftçi” həmçinin oyunun 90+3-cü dəqiqəsində azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün 1000 manat cərimə edilib.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto