Ukrayna müharibəsi başlayandan sonra Vaşinqtonun Moskvaya qarşı sanksiyalarının əsas memarı sayılan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Dalip Sinq əvvəlki vəzifəsinə qayıtmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
“2022-ci ilin aprelində ABŞ administrasiyasını tərk edən Sinq Ağ Evə prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin beynəlxalq iqtisadi məsələlərə nəzarət edən müavini kimi qayıtmağı planlaşdırır. O, 2022-ci ilin yazından bu vəzifədə çalışan Maykl Paylı əvəz edəcək. Sinqin Ağ Evə qayıdışı Bayden administrasiyasının Konqresdən icazə almadan Ukraynaya yardım göstərməyin yollarını tapmaq cəhdləri fonunda baş verəcək”, - mənbə bildirib.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto