Bir ailənin 5 üzvünün qətlə yetirildiyi cinayətlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta Əhmədin bu qətli törətməyinə psixoloji problemlərin səbəb olmadığını iddia edənlər də var.
Məsələyə münasibət bildirən psixoloq İlahə Dəmirbəyli “Yeni Sabah”a bir sıra vacib məqamlardan danışıb:
“Dünəndən bütün ölkəni sarsan qətllə bağlı müxtəlif iddialar səsləndirilir, xəbərlər yayımlanır və hadisənin videoları paylaşılır. Düzü, bu videoları çəkib-paylaşmaq doğru deyil. Ancaq sosial şəbəkədə qarşıma çıxdığı üçün mən də həmin görüntüləri izləməli oldum. Həqiqətən çox ağır bir faciədir. Oxuduğum məlumatlardan biri də odur ki, Əhməd adlı gənc 15 yaşı olanda da belə bir cinayət törədib. Lakin məsuliyyətə cəlb olunmayıb. Çünki psixoloji problemləri olduğuna dair arayış alınıb. Əslində, həmin cinayətlə indiki qətl arasındakı yeganə fərq Əhmədin hazırda daha professional davranmasıdır. Mən bu insanın sırf seria qatil olmasını düşünə bilmərəm. Paylaşımlardakı bir çox şərhləri oxudum, burada insanlar Əhmədi fiziki olaraq xarakterizə edirlər ki, gözlərinə baxanda qatil gözünə oxşayır, üzündə qatil siması var və s. Belə rəylər tamamilə yalnışdır. Atası və özünün şəklinə baxdıqda adamın üz quruluşunun genetik olaraq öz valideyninə bənzədiyini görmək mümkündür”.
Psixoloq vurğulayır ki, bütün cinayətlərin təməlində müəyyən bir səbəb dayanır:
“Hər bir cinayətin bir motivi var. Motiv olmadan heç bir insan belə bir addım atmır. Hətta psixiatrik dərəcədə seria qatillərin belə cinayət törətməyə bir motivləri olur. Onlar daim insan üzərində öz hökmünü, nüfuzunu bildirmək istəyir. Belə olmadıqda isə, həmin adamı incitmək istəyir. Bu məsələdə də az da olsa bu motiv var. Bütün bu tipli qətlləri törədənlərin keçmişinə nəzər salsaq, müxtəlif travmaların olduğunu görə bilərik. Belə cinayətlərin səbəbi də məhz dəhşətli dərəcədə travmalardır. Yəni döyülmək, sayılmamaq, mənlik konsepsiyasına hörmət edilməməkdən irəli gələn hadisələrdir. Sırf Əhmədin əməlinə və hadisənin videosuna baxdıqda isə mən belə bir qənaətə gəlirəm ki, burada iki cür səbəb ola bilər. Ya bütün ailə birləşib, onun istəyini yerinə yetirməyib və bu da onu hiddətləndirib. Burada həddən artıq kin olduğu görünür. O kinin nəticəsində qatil öldürdüyü insanların yaşı, məsələ ilə əlaqəsi olduğunu artıq nəzərə almır. Ya da ondan bir hadisə, olay gizlədilib. Əhməd də bu sirri öyrənib və özündən başqa mövzunu bilən hər kəsi öldürməyə qərar verib. Çünki baxdığım videoda çox soyuqqanlı və sakit şəkildə, planlı olaraq həyata keçirilən, düşünülmüş addıma yaxın bir səs tonu sezilir. Mən belə düşünürəm. Bəlkə də, bacısıgilə gələrək, lazım olan bütün məlumatları toplayıb və işinə son qoyub. Əhmədin sırf psixiatrik problemi olduğunu düşünmürəm. Psixoloji problem hər bir insanda ola bilər. Onda da hər bir insan kimi bu hal yaşana bilər. Ancaq bu xəstəxanada yatacaq dərəcədə əhəmiyyətli səbəblər deyil. Məsələ ilə bağlı qohumlar tərəfindən cürbəcür fikirlər səsləndirilir. Biri deyir ona ev, maşın alıb vermişdilər, digəri deyir mülk davası üstündə olub, başqa fikirlər də var ki, ailədə heç bir problem, anlaşılmazlıq, mübahisə yaşanmayıb. Sonuncu fikir inandırıcı deyil. Çünki bu fikri səsləndirən insanlar bunu dəqiq bilə bilməz. Burada bir motiv, bir plan var. Bu qətl spontan və affekt vəziyyətdə törədilməyib”.
İ.Dəmirbəyli qeyd edir ki, bu qətldə əsas səbəb Əhmədin psixoloji vəziyyəti deyil:
“Başqa bir iddia onun xəstəxanada yatması ilə bağlıdır. Bildiyim qədəri ilə, həmin gənc psixi vəziyyətinə görə yox, pis vərdişləri səbəbindən müalicə alıb. Pis vərdişləri olan insanlar beyinlərində olan və qara nöqtəyə çevrilən məsələni həll etməyənə qədər bunu saplantı halına gətirir. Hər hansı yolla həll edilmədikdə isə həmin fikirdən daşınmaq çətin məsələdir. Bir psixoloq olaraq, deyə bilərəm ki, sözügedən məsələdə ailədaxili münasibətlərin rolu böyükdür. Burada Əhməd və ailə arasında həll edilməyən bir problem mövcud olub ki, Əhməd də söhbəti bilən hər kəsi qətlə yetirməyə qərar verib. Bu mənim subyektiv fikrimdir. Çünki izlədiyim xəbər və digər paylaşımlar məni bu istiqamətə yönləndirir”.
Aytac Şahin
- Emin Ağalarovun ev bağışladığı qazi nələr danışdı? - Video
- Bakıda iki nəfərin ölümü: qatarın işığı yanmayıb? - Video
- 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq məhv edilib - QAİ
- Ölkədə unun yeni qiyməti bəlli oldu - Siyahı
- "Sahil" metrosu qarşısındakı izdihamla bağlı rəsmi açıqlama
- Badamdarda uçqun təhlükəsi aradan qaldırıldı
- "Sahil" metrosu qarşısında böyük izdiham - Foto
- Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram