Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi bir şans olduğunu bəyan edib.
BUTA.TV xəbər verir ki, bunu Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrik məktubunda yazıb:
“Mən, Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram”.
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...