Belçikadan olan 13 yaşlı yeniyetmə dünyada beyin sapı xərçəng xəstəliyindən tamamilə müalicə olunan ilk uşaq olub. Bu, xərçəngin ən ağır və aqressiv növlərindən biridir.
BUTA.TV xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Məlumata görə, yeniyetməyə altı yaşında diaqnoz qoyulub və həkimlər son dərəcə pis proqnoz veriblər:
“Belə bir diaqnoz qoyulan uşaqların əksəriyyəti diaqnozdan sonra bir il belə yaşamır, yalnız 10%-i iki ildən çox yaşayır. Uşağın valideynləri onu yeni dərmanların klinik sınaqlarında iştirak etmək üçün Fransaya gətiriblər. Xəstə təsadüfi təyin edilmiş xərçəng əleyhinə dərmana yaxşı reaksiya verməyə başlayıb. Daha sonra MRT şişin tamamilə yox olduğunu göstərib. Sınaqlarda iştirak edən digər yeddi uşaq da proqnozlaşdırılan vaxtdan xeyli uzun yaşayıb, lakin tam sağalmayıblar. Alimlər yeniyetmənin niyə sağaldığını anlamaq üçün araşdırma aparmaq niyyətindədirlər”.
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...