Ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək etibardan sui-istifadə yolu ilə müxtəlif insanlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunub ki, zərərçəkənlərdən daxil olan şikayətlər əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs 1981-ci il təvəllüdlü Ramin Məhərrəmov tutularaq istintaqa təqdim edilib.
R.Məhərrəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar polisə məlumat verə bilərlər.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...