Əhmədin 10 il öncə bıçaqladığı oğlanın anası danışdı

18:12 - 14 Fevral 2024 - KRİMİNAL

 Əhmədin 10 il öncə bıçaqladığı oğlanın anası danışdı

Əhməd məktəb illərində həmyaşıdına 18 bıçaq zərbəsi vurub.

BUTA.TV xəbər verir ki, bu barədə Speys TV telekanalında yayımlanan “Gəl, danış” verilişində Aynur adlı xanım deyib. Qadın oğluna Əhməd Əhmədovun məktəb illərində xəsarət yetirdiyini bildirib:

“Oğlum yarışlarda iştirak edrdi. İdman yarışlarında medalları var. Hətta yarış üçün xarici ölkəyə təyyarə bileti almışdı. Səhər məktəbdə uşaqlarla görüşməyə gedəndə Əhməd uşağı sinifdən çıxarıb. Getdiyi yerdə birdən beşbarmağı çıxarıb iki dəfə uşağımın kürəyindən vurub. Daha sonra 18 bıçaq zərbəsi endirərək oğlumu xəstəxanalıq edib. O zaman polisə müraciət etsək də, adamımız olmadığı üçün iş yarımçıq qaldı. Anası direktor, atasının isə Moskvada restoranları var idi. Bu uşaq paxıl, özbaşına, xain idi. İstəyirdi ki, hər şey onun olsun. Nahaq qan yerdə qalmadı. Hazırda oğlum yaxşıdır. Amma yarışlarında iştirak edə bilmir”.

Qeyd edək ki, fevralın 13-də paytaxtın Xətai rayonunda 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədovanı, qardaşı - 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədova və onun azyaşlı övladını qətlə yetirib.

Bu xəbər hal-hazırda çox oxunur
Daha 7 şəhidimiz dəfn olunacaq - Foto

Əhmədin 15 yaşında olarkən 30 bıçaq zərbəsi ilə həmyaşıdını öldürdüyü ilə də bağlı məlumat yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol