ABŞ-ın Ukraynaya büdcə dəstəyi indi Kiyev üçün əvvəlkindən daha vacibdir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
ABŞ Senatının əlavə yardım haqqında qanun layihəsini qəbul etməsi barədə danışan Yellen bunun çox vacib olduğunu vurğulayıb:
“ABŞ-ın büdcə yardımı həmişəkindən daha vacibdir, çünki bu, Ukraynanın döyüş meydanındakı uğurları ilə qırılmaz şəkildə bağlıdır və ABŞ-ın milli təhlükəsizliyini gücləndirməyə kömək edir”.
Yellenin fikrincə, Ukraynaya əlavə vəsaitin ayrılması Kiyevin digər donorlarına ABŞ-ın ölkəyə dəstəyini davam etdirdiyinə təminat olacaq.
“ABŞ-dan başqa beynəlxalq tərəfdaşlar 2023-cü ildə Ukraynanın xarici maliyyə ehtiyaclarının təxminən 3/4-nü ödəyiblər və 2024-cü ildə də bunu davam etdirəcəklər”, - o əlavə edib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...