ABŞ Prezidenti Co Bayden ABŞ müdafiə naziri Lloyd Ostinin istefaya getməsini istəmir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbi brifinqdə Baydenin Ostinin səhhətində yaranan problemlər zamanı vəzifələrini yerinə yetirə bilməməsindən narahat olmadığını da vurğulayıb.
Qeyd edək ki, prostat vəzi xərçəngi ilə mübarizə aparan Ostin sidik kisəsində yaranan problemlərə görə yenidən xəstəxanaya yerləşdirilib. Pentaqon rəhbərinin səlahiyyətlərini müavini Ketlin Hiks həyata keçirir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...