Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj Rusiya Prezidenti Vladimir Putinlə amerikalı jurnalist Taker Karlsonun müsahibəsi fonunda ölkənin tarixi xəritəsini dərc edib.
BUTA.TV xəbər verir ki, eks-prezident paylaşımında Rusiyanın hazırki ərazisinin tarixən monqolların olduğuna işarə edib.
Putinin çıxışından sonra Monqolustanın tarixi xəritəsini tapdığını bildirən eks-prezidentin yaydığı xəritədə Rusiyanın bütün indiki ərazisi Çingiz xan imperiyasının bir hissəsi kimi göstərilir.
Monqolustanın eks-prezidenti belə bir hərəkəti ilə guya bu torpaqların vaxtilə fatehin nəslinə məxsus olduğunu xatırladıb.
Qeyd edək ki, Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynanı Sovet hakimiyyətinin yaratdığı "süni dövlət" adlandırıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...