Bakı metropoliteni hazırda yeni vaqonların alınması ilə bağlı müqavilə imzalamayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-un Rusiyadan yeni 35 vaqon alınması ilə bağlı sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, hər hansı müqavilə olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.
Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bu il Bakı metrosu üçün 35 vaqonun tədarükü üzrə çox böyük layihənin həyata keçirilicəyini qeyd edib.
İndiyənədək hər biri 5 vaqondan ibarət 22 qatar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...