Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri respublikanın daxili işlərinə qarışmamağa, gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.
BUTA.TV xəbər verir ki, Japarov bu barədə ABŞ dövlət katibi Entoni Blinkenə göndərdiyi cavab məktubunda bildirib.
“Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq, bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə işləməyə hazırıq. Tək xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmasınlar”, - o bildirib.
Qeyd edək ki, Blinken Qırğızıstan rəhbərinə məktub göndərərək, ölkədə qeyri-hökumət təşkilatları haqqında qanuna baxılmasından narahatlığını ifadə etmişdi. Blinken bu qanunun qəbulunun respublikanın vətəndaş cəmiyyətinin vəziyyətinə mənfi təsir göstərəcəyini bildirmişdi.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...