Son zamanlar bazarlarda satılan meyvələrə, xüsusən də xarici ölkələrdən gətirilənlərə parafin vurulduğu iddia edilir.
Xezerxeber.az-ın məlumatına görə, alıcılar deyirlər ki, bu maddə məhsulların daha uzunömürlü olması və parlaq görünməsi üçün tətbiq edilir. Satıcılar isə bu iddialarla razılaşmırlar. Onlar bildirirlər ki, məhsulların parlaq görünməsinin səbəbi parafin deyil, meyvənin öz şirəsi bu cür görüntü yaradır. Qida ekspertləri də xaricdən gətirilən meyvələrə onların xarab olmaması və uzun müddət qalması üçün kimyəvi qatqı maddələrinin vurulduğunu deyirlər.
Qida mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bu maddələr onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, meyvə alarkən onun görünüşünə yox, keyfiyyətinə üstünlük vermək vacibdir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...