Dağıstanda boksçu Anna Comartova karyerasında ilk məğlubiyyətdən sonra yoxa çıxıb.
BUTA.TV xəbər verir ki, Rostov hüquq fakültəsinin 22 yaşlı tələbəsi Kaspiysk şəhərinə tay boksu yarışı üçün gəlib. Burada 10 ildə ilk dəfə uduzan xanım məğlubiyyətinə görə sarsıntı keçirib. O, telefonunu da evdə qoyaraq yoxa çıxıb.
Şəhərin müşahidə kameralarından istifadə etməklə qızın sonuncu dəfə Xəzər dənizinin sahilində olduğunu müəyyən etmək mümkün olub.
Boksçunun yaxınları qeyd edirlər ki, o, əvvəllər heç vaxt yoxa çıxmayıb və daim yaxınları ilə əlaqə saxlayıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...