Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağmursuz və isti keçir.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, havaların quraq və günəşli keçməsinin kənd təsərrüfatına mənfi təsirlərini araşdırıb.
Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev deyir ki, qış aylarında havaların isti keçməsi məhsuldarlığa mənfi təsir edir:
"İsti hava meyvə ağaclarının tez tumurcuqlanmasına gətirib çıxarır. Amma qəfil düşəcək şaxta cücərmiş bitkiləri məhv edə bilər. Məhv olan, çürüyən bitkilərin isə yazda göyərməsi mümkün deyil".
Ekspert, həmçinin qeyd edib ki, havaların belə keçməsinin taxılçılığa da ziyanı var. Belə ki, isti hava zərərverici bakteriyaların və gəmiricilərin sayının artmasına şərait yaradır ki, bu da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olan amillərdəndir.
Qeyd edək ki, isti hava şəraitinin sabah da müşahidə olunacağı bildirilir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...