İsrail ordusunun Qəzza şəhərində yerləşən qərargahımızın binası altında HƏMAS hərəkatının tərəfdarları tərəfindən istifadə edildiyi iddia edilən tunellə bağlı məlumatı təsdiqləmirik.
BUTA.TV xəbər verir ki, bunu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRVA) baş komissarı Filip Lazzarini bildirib.
"Biz İsrail tərəfinin Qəzza şəhərində yerləşən BMT agentliyinin baş qərargahının altında hər hansı tunelin olması barədə məlumatı təsdiq edə bilmərik. UNRVA əməkdaşları oktyabrın 12-də agentliyin baş qərargah binasını tərk ediblər. Biz indi bunun altında nə olduğunu bilə bilmərik", - komissar bildirib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağında UNRVA qərargahının altında HƏMAS hərbi kəşfiyyat tunelinin aşkarlanması barədə məlumat yaymışdı.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...