Kürdəmir rayonuna içməli suyun verilişi bərpa olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Kürdəmir Su-kanal sahəsinin rəisi Arzu Şahbazov bildirib.
“Azərsu” ASC-nin ərazi üzrə əməkdaşları baş verən hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçiriblər və suyun rayona verilişi bərpa olunub.
Xatırladaq ki, hadisə fevralın 9-da səhər saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü km-də rayonun Atakişili kəndi razisindən keçən hissəsində qeydə alınıb. Magistral su xəttinin partlaması nəticəsində rayon mərkəzinə və bir neçə kəndə içməli suyun verlişi dayandırılıb. Su xətti rayonun 8 222 abonentinə xidmət edir.
Ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su boru xətti 2011-ci ilə dövlət vəsaiti hesabına inşa olunub. Xətt Kürdəmir rayon mərkəzini və daha 12 kəndin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçrilib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...