Livan İsrailin bölgədəki təcavüzkar planlarına qarşı müqavimətin önündə gedir. Biz Hizbullahın potensialını bilirik və İsrail iki cəbhədə – Qəzza zolağında və Livanın cənubunda müharibə apara bilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Yaxın Şərqdəki mövcud qarşıdurmanın qalibləri müqavimət dəstələri və Fələstin xalqı olacaq və müharibəni alovlandıranlar məğlub olacaqlar. İsrailin təcavüzünü dayandıra bilməyən ABŞ regionda vəziyyətin gərginləşməsinin əsas günahkarıdır. Vaşinqtona əvvəldən xəbərdarlıq etdik ki, Qəzzaya müdaxilə dayandırılmasa, müharibə bütün bölgəyə yayılacaq. İndi Amerika-sionist siyasətinin uğursuz olduğu aydın oldu. Davamlı sülh və təhlükəsizlik yalnız siyasi həll yolu ilə qurula bilməz”, - nazir bildirib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...